Qızılın qiyməti artacaq? — AÇIQLAMA
2024-cü ildən artmağa başlayan qızıl qiymətlərinin il ərzində hər troya üçün 2500 dollar səviyyəsində qalacağı gözlənilir.
J.P Morgan-a görə, bahalaşma əsasən yüksək inflyasiya, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və geopolitik gərginliklərin artması ilə əlaqələndirilir.
Eyni zamanda, ABŞ-də faiz dərəcələrinin azalacağı gözləntiləri və güclü qlobal iqtisadi qeyri-müəyyənlik qızılın dəyərinə müsbət təsir göstərir.
Bəs,Azərbaycanda qızılın qiymətinin artacağı gözlənilirmi?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qızılın qiyməti dünya birjasına bağlıdır:
“Dünya birjasında qızılın qiyməti artan kimi Azərbaycanda da artır. Bu faizlə deyil, bu birjadakı qiymət dəyişikliyinə bağlıdır. Son bir neçə ayda dünya birjasında qızılın qiyməti 30%-dən çox artıb. Nəticə etibarilə Azərbaycanda da qızılın qiymətində təqribən 25-30% artım müşahidə olunur”.
Mehriban Mirzəzadə
Demokrat.az