AZ

BDU aliminin məqaləsi nüfuzlu jurnalda çap olunub

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nəzəri fizika kafedrasının əməkdaşı, fizika üzrə elmlər doktoru Azər Əhmədovun və kafedranın magistrantı Könül Abasovanın həmmüəllifi olduqları məqaləsi Clarivate Analytics Web of Science elmetrik beynəlxalq bazasına daxil olan impakt faktorlu jurnalda dərc olunub.

A.I.Ahmadov, K.H.Abasova, and M.Sh.Orucova. “Bound State Solution Schrödinger Equation for Extended Cornell Potential at Finite Temperature”. Advances in High Energy Phys. Vol. 2021, Article ID 1861946 (2021). İmpakt faktor: 1.422 (Journal Citation Reports, Clarivate Analytics 2019).

Məqalədə Şredinger tənliyi sonlu temperaturda genişlənmiş Kornell potensialı üçün Nikiforov-Uvarov metodu ilə analitik şəkildə həll edilib.

 

Tədqiq olunan sistemin enerji spektri, məxsusi funksiyası və sistemin kütləsini hesablamaq üçün və həmçinin bəzi xüsusi hallar üçündə analitik ifadələr tapılıb. Alınan analitik ifadələrdən istifadə olunaraq çarmonium, bottomonium və Bc mezonlarının mütləq temperaturun sıfır və sıfırdan fərqli qiymətlərində kütlə spektrləri analitik formada hesablanıb, ədədi qiymətləri müəyyən edilib. Çarmonium, bottomonium və Bc mezonlarının ərimə temperaturları göstərilib.

Çarmonium, bottomonium və Bc mezonlarının kütlə spektrlərinin mütləq temperaturdan asılılıqları geniş intervalda öyrənilərərk alınan nəticələrin kvant xromodinamikasında və son eksperimental yolla alınan nəticələrlə uyğunluq təşkil etdiyi göstərilib.

 

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

 

https://doi.org/10.1155/2021/1861946

phrase_var_article.chosen
97
tehsil.biz

1phrase_var_article.sources