AZ

"Malmö"nü Bakıda neçə isveçli azarkeş dəstəkləyəcək?

UEFA Avropa Liqasının əsas mərhələsinin II turunun “Qarabağ”la oyunu üçün Bakıya gələcək “Malmö” azarkeşlərinin sayı bəlli olub.

Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda İsveç klubunu 60-80 nəfər arası fanat dəstələyəcək.

Qeyd edək ki, oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Malmö" qarşılaşması saat 20:45-də start götürəcək.


Seçilən
0
6
sportnet.az

7Mənbələr