AZ

Dövlət Agentliyi və “Azərsilah” arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

27 sentyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanındaPeşə Təhsili üzrə Dövlət Agentliyi və “Azərsilah” Müdafiə SənayesiHoldinqi” QSC arasında əmək bazarının tələblərinə uyğun ixtisaslıkadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumuimzalanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatagörə, memorandum çərçivəsində torna və frezer dəzgahlarınoperatoru, çilingər, mexanik, elektrik ixtisasları da daxil olmaqla20-dək ixtisas üzrə qarşılıqlı kadr hazırlığı, onların bilik vəbacarıqlarının artırılması, eləcə də, müasir tədris plan vəproqramlarının birgə hazırlanması məqsədilə əməkdaşlıq nəzərdətutulur. Bundan əlavə, “Azərsilah” QSC-nin peşəkarmütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinəcəlb olunması planlaşdırılır.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi vəgələcək addımların müəyyənləşdirilməsi müzakirə olunub. PeşəTəhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşətəhsili sahəsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətinivurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin peşətəhsilinin inkişafına töhfə verdiyini qeyd edib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoruEmil İbrahimov təhsilalanların holdinqin bazasında istehsalattəlimi və təcrübəsinin keçmələrinə şərait yaradılması, seçilmiştələbələrə təqaüdün verilməsi və iş imkanlarının təklif edilməsi,həmçinin, digər istiqamətlər üzrə dəstək göstərəcəklərinibildirib.

Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmışfəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin həyatakeçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

7Mənbələr