İlon Mask tərəfindən satın alındıqdan sonra "X"in (Twitter) dəyəri 79% azalıb.
İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Fidelity" konsaltinq tərəfindən aparılan son hesablamalara görə, X ilkin 44 milyard dollarlıq alış qiymətinin dörddə birindən çox dəyər itirib.
Bu təxmin, avqustun sonunda X-dəki payının dəyərini 78,7% azaldan "Fidelity"nin Mavi Çip İnkişaf Fondundan bu yaxınlarda açıqlanan məlumatlarına əsaslanır.
Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.
“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.
Sadiq Cavadov