AZ

ABŞ-də əlləri qandallı sərxoş sürücü polis patrul avtomobilini qaçırdı

nin Nyu-York şəhərində sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılan kişi polis patrul maşını ilə hadisə yerindən qaçıb.

Bu barədə Bakuinfo.net "ABC News"a istinadən xəbər verir.

Məlumata görə, 37 yaşlı sürücü saxlanıldığı zaman sərxoşluq testindən keçə bilməyib.

Polis onu həbs edib, əl-qolunu qandallayıb və patrul maşınının arxa oturacağına əyləşdirib. Lonq-Aylend rayonundan olan sakin qandalları başının üstündən keçirməyə nail olub, təhlükəsizlik kəmərini açıb, ön oturacağa keçib və hadisə yerindən uzaqlaşıb. Daha sonra avtomobil hadisə yerindən təxminən beş kilometr aralıda tapılıb və kişi yaxınlıqdakı qəbiristanlıqda olub.

O, külli miqdarda oğurluq, oğurlanmış əmlakın qanunsuz saxlanılması, nəqliyyat vasitəsindən icazəsiz istifadə və sərxoş halda avtomobil idarə etməkdə özünü təqsirli bilib.

Seçilən
3
2
bakuinfo.net

10Mənbələr