AZ

Gecikmiş qərar Ukraynaya baha başa gəldi – Şəhər və qoşun mühasirəyə düşdü

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərini mühasirəyə alır.

Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov deyib.

Onun sözlərinə görə, hazırda Uqledarı materiklə birləşdirən yeganə quru yolu Rusiya minaatanları və artilleriyasının atəşi altındadır. Ekspert qeyd edib ki, artıq şəhəri saxlamaq mümkün deyil, içəridə olan Ukrayna hərbçilər də həyati təhlükə qarşısındadır.

Seleznyov həmçinin əlavə edib ki, Ukrayna qüvvələrinin şəhərdən nə vaxt geri çəkilməyə başlayacağı hələlik məlum deyil. Bununla yanaşı, Uqledarda vəziyyət hər gün daha da ağırlaşır.

Rusların Boqoyavlenivkaya doğru irəlilədiklərini bildirən analitik bütün şəhərin atəş altında qaldığını vurğulayıb.

Ekspertin fikrincə, bu durumda şəhərdəki Ukrayna qarnizonuna dəstək və yaralıların təxliyəsindən danışmaq son dərəcə çətindir:

“Aydın şəkildə görünür ki, hərbçilərimizin buradan çıxarılması gecikib. Çünki iki ildir yerdə mövcud olan status-kvonu qaytarmaq mümkün deyil. Düşmən orada səkkiz dəfəyə qədər say üstünlüyünə malikdir. Belə şəraitdə Ukrayna qərargahı üçün vəziyyəti dəyişmək üçün kifayət qədər resurs tapmaq mümkün deyil. Rusiyanın bu istiqamətdə üstünlüyünün əsas amili təkcə insan və texniki resursların düşünülməmiş istifadəsi deyil, həm də aviasiya faktorudur. Rusiya təyyarələrini Uqledardan uzaq tutmaq üçün kifayət qədər resurslarımız yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
39
1
teleqraf.com

2Mənbələr