AZ

“Məktəblərdə ekologiya ayı” layihəsinə start veriləcək

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir:

"Layihə çərçivəsində ümumi təhsil müəssisələrində "dəyirmi masa"lar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminar və müsabiqələrin keçirilməsi, məktəblərdə ekoloji guşələrin yaradılması, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulub".

Qeyd edilib ki, noyabr ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.

Seçilən
5
9
ikisahil.az

10Mənbələr