AZ

Böyük Qayıdışa həsr edilmiş musiqili fləşmob keçirilib

Böyük

Bakı, 30 sentyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhərində pianoçu, Əməkdar artisti Emil Əfrasiyabın iştirakı, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin dəstəyi ilə musiqili fləşmob keçirilib.

AZƏRTAC xəbər verir ki, musiqisi Rauf Hacıyevə, sözləri Ənvər Əlibəyliyə məxsus “Azərbaycanım” mahnısının sədaları ətrafa yayılıb, xalqımızın qələbə sevinci, Böyük Qayıdışın qüruru bu musiqi parçasında aydın şəkildə ifadə olunub.

Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması çərçivəsində həmin fləşmob haqqında hazırlanmış videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=3f-4OsTvC5k

Seçilən
39
13
azertag.az

10Mənbələr