AZ

Millimiz Gürcüstana məğlub oldu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan da Gürcüstan yığması qalib ayrılmışdı – 4:0.

Seçilən
1
7
idmanxeber.az

10Mənbələr