AZ

"Qəbələ"nin yeni transferi: "Özümü vətənimdəki kimi hiss edirəm"

“Qəbələ”də Konqoda olduğum qədər rahatam. Sanki, vətənimdəyəm”.

Bu sözləri “qırmızı-qaralar”ın yeni transferi Domi Massumo apasport.az saytına açıqlamasında deyib.

Yarımmüdafiəçi “Mingəçevir”lə matçı dəyərləndirib: “Yaxşı çıxış etdiyimə görə xoşbəxtəm. Qol da vurmuşam, bunun üçün sevincim ikiqatdır. Meydançada olarkən görüşdən həzz aldım. Birlikdə yaxşı kollektiv oyunu göstərdik”. 

O, komandaya adaptasiya prosesi barədə danışıb: “Qəbələ”də olmaqdan şadam. Burda özümü yaxşı hiss edirəm. Klubda hər şey yüksək səviyyədədir. Gəldiyim gündən komandaya çox rahat uyğunlaşdım, adaptasiya problemi yaşamadım. Burda hər kəs istiqanlı, mehribandır. Vurduğum qollara gəlincə, önəmli olan mənim fərqlənməyim deyil, komandanın qalibiyyətidir. Çalışacam ki, qələbələrimizin davamı gəlsin”.

Konqolu futbolçu “Qarabağ”ın matçlarını izlədiyini də açıqlayıb: “Düzünü desəm, I Liqa oyunlarını elə də izləməmişəm. Lakin bəzən Premyer Liqa matçlarına baxmışam. Vaxt olduqca da “Qarabağ”ın avrokubok görüşlərini izləyirəm”.

Qeyd edək ki, I Liqanın 3-cü turunda “Qəbələ” “Mingəçevir”i 2:0 hesabı ilə məğlub edib.

İsmayıl Xeyrullayev

Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB

II Liqada V turun təyinatları açıqlanıb

Azərbaycan kubokunun keçiriləcəyi tarix bəlli olub

Zaha "Qarabağ"la matçı buraxa bilər

“Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir”

Seçilən
4
apasport.az

1Mənbələr