AZ

Rus ordusu yeni ərazilər ələ KEÇİRDİ

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında bəzi əraziləri ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə yerdəki vəziyyəti müşahidə edən “Bildin” hərbi analitiki Yulian Röpke məlumat verib.

Söhbət Krutıy Yar və Krasnıy Yar kəndlərindən gedir. Röpke yazır ki, hazırda rusların olduğu nöqtədən Pokrovska 9 kilometr məsafə qalıb.

“Rusiya işğalçıları Pokrovskdan 9 kilometr şərqdə Krasnıy Yar və Krutıy Yar kəndlərini ələ keçirib”, - alman analitik bildirib.

Röpkenin məlumatına görə, ruslar şimala doğru irəliləyərək, şəhər istiqamətində hücum arealını genişləndiriblər.

Seçilən
3
2
redaktor.az

3Mənbələr