AZ

Rusiyadan qalmaqallı qanun - uşaq dünyaya gətirməmək...

Rusiya parlamentinin spikeri Viyaçeslav Volodin bildirib ki, deputatlar “uşaq dünyaya gətirməməyə təşviq edən” media və internet yazılarını qadağan edən qanun layihəsi üzərində işləyirlər.

News24.az "Sözcü"-ə istinadla xəbər verir ki, parlamentdə Ailə Komissiyasının rəhbəri Nina Ostanina da “uşaqlar yükdür” kimi yazıları qanunsuz etməyi hədəflədiklərini və doğum nisbətinin aşağı düşməsini “milli böhran” kimi qiymətləndirib.

Son məlumatlara görə, Rusiyada doğum səviyyəsi son 25 ilin ən aşağı səviyyəsinə düşüb. Bildirilib ki, 146 milyonluq Rusiya əhalisi yaxın 20 ildə 130 milyona qədər azala bilər.

Rusiya parlamentinin yuxarı palatasının rəhbəri, prezident Vladimir Putinə yaxın şəxslərdən olan Valentina Matviyenko feminizmə qarşı müharibə elan edərək, “qadınların ən mühüm borcunun analıq olduğunu” müdafiə edib.

Rus Pravoslav Kilsəsi də uşaq sahibi olmamaq barədə çıxışların qadağan edilməsi planına böyük dəstək verib.

Rusiya mətbuatı cütlərin uşaq sahibi olmaq istəməməsinin əsas səbəbinin Ukraynadakı müharibə ilə artan iqtisadi problemlərin olduğuna diqqət çəkib.

Məryəm İlhamqızı

Seçilən
63
news24.az

1Mənbələr