AZ

Baş məşqçidən Dembeleyə cəza: "Arsenal"a qarşı oynamayacaq

PSJ-nin baş məşqçisi Luis Enrike Usman Dembeleni cəzalandırıb.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis 27 yaşlı vingeri əsas komandadan uzaqlaşdırıb. Fransalı futbolçunun adı Çempionlar Liqasının "Arsenal"la matçının heyətinə daxil edilməyib.

Buna səbəb Dembelenin intizamsız davranışıdır. Belə ki, futbolçu Fransa çempionatının 6-cı turunun "Renn"lə matçından (3:1) sonra baş məşqçi ilə mübahisə edib. Luis Enrike buna görə oyunçunu cəzalandırıb.

Qeyd edək ki, "Arsenal" - PSJ qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da Londonda baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
6
sportal.az

1Mənbələr