AZ

Qazaxıstanla sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Qazaxıstanda səfərdə olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, iki ölkənin pensiya, ünvanlı yardım, əlillik, proaktiv təyinat sahələrində təcrübə mübadiləsi aparılıb.

Azərbaycanın əlilliyin qiymətləndirilməsi, ünvanlı yardım təyinatı, məşğulluq sahələrində innovativ həllərin tətbiqi, sosial ödənişlərin proaktiv təyinatı sahələrində təcrübəsi barədə məlumat verilib. Həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qeyd edək ki, səfər iki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində reallaşıb.

Seçilən
1
11
azertag.az

10Mənbələr