AZ

Putin istəmədən Aİ-nin genişlənməsi üçün katalizator oldu

Xorvatiyanın baş naziri Andrey Plenkoviç Bloomberg-ə müsahibəsində Rusiyanın Ukraynada başlatdığı müharibənin Avropa Birliyinin genişlənməsi üçün əsas amil olduğunu bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Onun fikrincə, Rusiyanın Ukraynaya təcavüzündən sonra getdikcə daha çox ölkə Avropa İttifaqına qoşulmaq istəyir. Onun sözlərinə görə, Putin istəmədən assosiasiyanın genişlənməsi üçün ən böyük katalizator oldu.

Plenkoviç vurğulayıbki, son iki il yarım ərzində “strateji dəyişiklik Avropa paytaxtlarının genişlənməyə daha açıq olması ilə nəzərə çarpdı”.

Xorvatiya hökumətinin başçısı istehza ilə Putin “genişlənmənin ən böyük dəstəkçisi”dir deyə bildirib.

Əli Babayev

Seçilən
22
1
sia.az

2Mənbələr