AZ

“İran və Rusiya əməkdaşlığı daha da gücləndirə bilər”- PEZEŞKİAN

İran və Rusiya ölkələr arasında əməkdaşlığı daha da gücləndirə bilər, xüsusən də Qərbin sanksiyalarına qarşı mübarizədə.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə deyib.

“Əlaqələrimizi gücləndirmək üçün daha çox səy göstərə, xüsusən də ölkələrimizə qarşı tətbiq olunan sanksiyalara qarşı mübarizə apara bilərik”, – İran prezidenti bildirib.

Onun sözlərinə görə, ABŞ hegemonluğunu saxlamaq istəyir və bu səbəbdən İran, Rusiya və Çinin təşəbbüslərinə qarşı durmağa çalışacaq.

Azpost.info

Seçilən
11
8
azpost.info

10Mənbələr