Livanın cənubundakı Sayda şəhərinin şərqindəki yerləşən Ain El Delb qəsəbəsində yaşayış binasına endirilən zərbə nəticəsində ölən mülki şəxslərin sayı 45-ə çatıb, 70 nəfər yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.
İsrailin hava hücumu nəticəsində qəsəbədə çoxmərtəbəli bina tamamilə uçub. Binada Livanın cənubundan olan qaçqınlar olub.
Mənbə: report.az