AZ

İsrail ordusu Livanda quru əməliyyatına başlayır - ABŞ-yə məlumat verildi

İsrail ABŞ-yə Livanda məhdud quru əməliyyatına başlamaq planlarını çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti adını açıqlamayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, əməliyyat İsrailin 2006-cı ildə "Hizbullah"a qarşı apardığı müharibədən daha kiçik miqyaslı olacaq və sərhəd bölgələrinin təhlükəsizliyini təmin etməyə yönələcək.

O, əməliyyatın "Hizbullah"ın raket qurğularını, silah gizlətmə yerlərini və digər infrastrukturunu məhv etməyə, sonra isə qoşunların geri çəkilməsinə yönələcəyini bildirib.

Amerikalı rəsmi əlavə edib ki, əməliyyatın strateji məqsədi "Hizbullah"ın İsrail məskənlərini hücum etmə qabiliyyətini məhdudlaşdırmaq olacaq.


 

Seçilən
8
iqtisadiyyat.az

1Mənbələr