Beynəlxalq Futbol Federasiyası (FİFA) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Eto'O-nun 6 ay müddətinə ölkənin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Eto'O-nun FİFA-nın nizam-intizam kodeksini pozduğu bildirilir.
Qurum açıqlamasında bu qərarın Eto'O-nun aqressiv davranışı və ədalətli oyun prinsiplərinin pozulması səbəbindən verildiyini və 20 yaşadək qızlar arasında dünya çempionatının milli komandalar arasında 1/8 final mərhələsinin oyunu ilə əlaqədar olduğunu bildirib.
43 yaşlı Eto'O 2021-ci ildə Kamerun Futbol Assosiasiyasının rəhbəri seçilib.