AZ

"Turan"da kütləvi narazılıq: "Ehtiram bəy, tələsin, qatar gedir, gecikirsiz"

Mövsümə uğurlu start verən “Turan Tovuz”da eniş yaşanır.

Bölgə klubu artıq 3 turda qələbəyə həsrətdir.

“Sabah”la başlayan uğursuz seriya “Şamaxı” ilə matçda da davam etdi.

“Sabah”la bərabərlik, “Araz Naxçıvan”a məğlubiyyət rəqiblərin heyətinə, büdcəsinə görə hardasa başadüşülən idi.

Amma ötən mövsümü Birinci Liqada keçirən, yayda cəmi 1 aya heyəti formalaşdırılan “Şamaxı” ilə görüşdə məğlubiyyətdən son saniyədə qaçmaq yox.

Əbəs deyil ki, Kurban Berdiyevin kollektivinin Şamaxıdakı xal itkisi azarkeşlər tərəfindən də böyük narazılıqla qarşılanıb. Fanatlar etirazlarını sosial şəbəkələrdə açıq dilə gətiriblər:

"Ayxan Abbasov 2-3 aya sıfırdan yığıdığı heyətlə çempionatda at oynadır. Bu oyunda da 3 xala yaxın idi. Məhdud heyətlə belə xal itkilərimiz çox olacaq".

"Hücumçu və yarımmüdafiəçi lazımdır. Ehtiram bəy, tələsin qatar gedir, gecikirsiniz. Kassanın ağzını aç və transfer elə".

"Görün nə günə qaldıq ki, "Şamaxı" ilə bərabərliyə sevinirik. Bu qədər pulla və belə şəraitlə belə oyun olmamalıdır".

"Ayxan Abbasov öz sözünü dedi".

"Mənə maraqlıdır ki, hansı klubdan 3 xal alacağıq? Penal olmasaydı uduzmuşduq. Birinci qol da hədiyyə oldu. "Şamaxı" isə hücum quraraq qol vurdu".

"Qələbə "Şamaxı"nın haqqı idi".

"Bərbad oyun göstəririk".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr