"Böyük Qayıdışın Memarları" layihəsinin final mərhələsi baş tutub
29 sentyabr 2024-cü il tarixində "Böyük Qayıdışın Memarları" layihəsinin final mərhələsi baş tutdu. Tədbir, Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və şəhidlərin xatirəsi üçün bir dəqiqəlik sükutla başladı. Bu an, iştirakçılara müharibənin gətirdiyi itkiləri və şəhidlərin bizə olan borcunu xatırlatdı, həmçinin tədbirin ruhunu daha da dərinləşdirdi.
Daha sonra layihənin rəhbəri Məleykə Xankişiyeva çıxış edərək qonaqları və iştirakçıları salamladı. O, layihənin əsas məqsədini vurğuladı: gənclərin cəmiyyətə inteqrasiyası və onların layihə idarəçiliyi sahəsində biliklərinin artırılması. Məleykə Xankişiyeva, iştirakçılara 4 təlimin keçirildiyi və bu təlimlərin gənclərə necə yeni bacarıqlar qazandırdığı haqqında ətraflı məlumat verdi. Bu təlimlər, gənclərin liderlik, komanda işi, layihə planlaşdırması və icrası kimi sahələrdə inkişaf etmələrinə kömək etdi.
Daha sonra Gənclərin İnkişaf Karyera Mərkəzinin Abşeron - Xızı nümayəndəliyindən Sevinc Qasımova gənclərin "Böyük Qayıdış" layihəsindəki rolu haqqında çıxış etdi. Sevinc Qasımova, gənclərin vətənpərvərlik ruhunu, öz cəmiyyətlərinə olan bağlılıqlarını və gələcəkdəki inkişaf imkanlarını necə artırdıqlarını vurğuladı. O, gənclərin bu layihədəki iştirakı sayəsində əldə etdikləri biliklərin, onların gələcək karyeralarında və həyatlarında necə təsir edəcəyini açıqladı.
Tədbirin əsas hissəsində iştirakçılar hazırladıqları layihələrlə münsiflər qarşısında çıxış etdilər. Gərgin mübarizə şəraitində keçən yarışda iştirakçılar, yaradıcılıq, innovasiya və layihə idarəçiliyi sahəsindəki biliklərini nümayiş etdirdilər. Münsiflərin yetkin qərarı ilə "Sülh" komandası yarışın qalibi olaraq kuboka sahib çıxdı. Onların layihəsi Qarabağda turizmi inkişaf etdirmək və yerli əhalinin kiçik fərdi bizneslərinə dəstəkləyərək onların ehtiyaclarını vurğuladı və bu sahədəki innovativ yanaşmaları ilə münsiflərin diqqətini çəkdi.
"Yaşıl İrs" və "Zəfər" komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutdular. Bu komandalar, hazırladıqları layihələrlə ekoloji və sosial məsələlərə işıq tutaraq, müsbət təsir yaratmağa çalışdılar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutdu. Qalib komandalar, mükafatlarını alarkən onların üzlərindəki sevinci görmək mümkün idi. Bu an, onların zəhmətinin, əzmkarlığının və yaradıcılığının mükafatlandırıldığı bir təqdimat oldu.
Tədbirin sonunda, iştirakçılara təşəkkür edərək, belə layihələrin gənclərin inkişafında, cəmiyyətin irəliləməsində və vətənpərvərlik ruhunun artırılmasında necə əhəmiyyətli olduğunu vurğulandı. "Böyük Qayıdışın Memarları" layihəsi, yalnız bir tədbirdən ibarət olmayıb, gənclərin gələcəkdəki fəaliyyətlərinə və cəmiyyətin inkişafına yönəlmiş bir yol xəritəsi oldu.