Mauro İkardi paylaşımı ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında "fənərbağçalı" uşağın fotosunu izləyiciləri ilə bölüşüb. Azyaşlı ad günündə "sarı-lacivərdli" formada İkardinin qol sevincini edərək şəkil çəkdirib. Argentinalı da bu görüntünü izləyiciləri ilə bölüşüb və təbriklərini çatdırıb:
"Əsl güc və duyğu nə geyindiyində deyil, qəlbdədir. Ad günün mübarək, kiçik aslan. Həyatında hər şeyin ən yaxşısını arzulayıram".