Lida sərhəd dəstəsinin hərbi qulluqçuları Belarus-Litva sərhədi yaxınlığında pilotsuz uçan aparatı məcburi yerə endiriblər.
Bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
“Sentyabrın 29-da Lida sərhəd dəstəsinin hərbçiləri Belarus-Litva sərhədindən 100 metr aralıda pilotsuz təyyarə aşkar ediblər. Sərhədçilər standart silahlardan istifadə edərək multikopter eniş etməyə məcbur olublar”, – məlumatda deyilir.
Hadisə Qrodno vilayətinin Voronovo rayonunda baş verib. Qeyd olunur ki, pilotsuz təyyarənin sahiblərinə qarşı inzibati proses başlanıb.
Daha əvvəl Belarus ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı Andrey Lukyanoviç Minskin 2024-cü ildə qərb hava sərhədinin beş dəfə pozulması faktını qeydə aldığını bildirib.
Mənbə RT rusca