AZ

Keçmiş futbolçuya silahlı hücuma görə 5 nəfər tutuldu

İstanbul Beykozda keçmiş milli futbolçu Serhat Akına silahlı hücumla bağlı saxlanılan 6 şübhəlidən 5-i həbs edilib, 1 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. 

Ölkə.az-ın Lent.az-a istinadən xəbərinə görə, digər tərəfdən hücuma məruz qalan Akının polisə verdiyi ilk ifadə də üzə çıxıb.  

İstanbulun Beykoz bölgəsində sentyabrın 26-da yerli vaxtla saat 23.30 radələrində sosial media platformasında yayımlanan idman proqramından çıxarkən silahla hücuma məruz qalan keçmiş futbolçu Serhat Akın 2-si sol, 1-i sağ ayağından 3 güllə ilə vurulub.  

Akına edilən hücumdan sonra 6 şübhəli əməliyyatlardan sonra məhkəməyə sövq edilib və hadisəni təhrik etdiyi ortaya çıxan Həsən Şahin haqqında araşdırmalar başlayıb. Gürcüstana qaçdığı aşkarlanan Həsən Şahinin fotosu da üzə çıxıb. Dəbdəbəli avtomobilin qarşısında poz verən cinayətkarla maşını ilə bağlı istintaq dərinləşdirilib.

Seçilən
90
olke.az

1Mənbələr