Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum təşkil edən şəxslərdən 5-i həbs olunub, 1 şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NTV spor” məlumat yayıb.
İstintaq çərçivəsində saxlanılan “qəsdən adam öldürməyə cəhd” maddəsilə həbs olunublar.
Bir nəfər isə beynəlxalq səyahət qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Sözügedən şəxs 250 min TL qarşılığında hücumda iştirak etdiyini bildirib.
Xatırladaq ki, Serhat Akın ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən silahlı hücuma məruz qalıb. O, ayağından yaralanıb.