AZ

"Politico": Fransada Makronun hakimiyyəti yeni kabinetin fəaliyyətə başlamasından sonra zəifləyib

Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti yeni kabinet işə başlayandan sonra zəifləyib, üç il ərzində onu bərpa edə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri adı açıqlanmayan mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, prezident yayda keçirilən növbədənkənar seçkilərdən sonra yaranmış siyasi dalandan çıxmaq üçün Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir postuna təyin edib, nəticədə nə keçmiş hakim çoxluq, nə də müxalif sağ və sol qüvvələr mütləq səs çoxluğu əldə edə biliblər.

Məqalədə vurğulanır ki, yeni hökumətin tərkibinə onun bəzi mərkəzçi tərəfdarlarının daxil olmasına baxmayaraq, Makron indi hakimiyyəti sağla bölüşmək kimi qəribə mövqe tutub.

"Yeni güc bölgüsü Makronu təşvişə salıb. O, hiss edir ki, artıq əvvəlki kimi siyasi çəkisi yoxdur. Yeni hökumət hakimiyyətə gəldikdən sonra nazirlərin qərarları əvvəlki kimi yuxarıya çatmır, onların təqdim etdiyi məlumatlar o qədər də dəqiq deyil. Nəticədə Makronun administrasiyasında “vakuum effekti” yaranıb", - mənbələr bildirir.

phrase_var_article.chosen
84
2
far.az

5phrase_var_article.sources