Avropa Birliyinə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə əlaqədar iclasının təcili çağırılmasını tələb edirlər.
News365.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrell deyib.
"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - o bildirib.
Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar:
“İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.
Qeyd edək ki, İran da Livanla bağlı BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib.