AZ

Qərbi azərbaycanlıların ədalət çağırışları

Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışını etmiş və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış etmişdir.  Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir. 

Sənəddə vurğulanır ki, dövlət başçısı Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, doğma yurdlara qayıdılacağı günün uzaqda olmadığını göstərir.

“Biz, Qərbi Azərbaycan İcması olaraq, cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə, və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik. 

Aşıq Ələsgərin və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq”, – deyə bəyanatda bildirilir. 

***

QAİ-nin digər bəyanatı COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı hücumlarının intensivləşməsi ilə bağlıdır.  

Sənəddə bildirilir ki, erməni lobbisi ilə sıx əlaqəli olan “Freedom House”, “Human Rights Watch” və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa da, artıq bunu açıq şəkildə edirlər. Artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Buna son nümunə isə Freedom House-un erməni millətçisi Şeyla Paylan tərəfindən Newsweek-də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

Bəyanatda sonra deyilir: “Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq”.

XQ

 

Seçilən
113
12
xalqqazeti.az

10Mənbələr