AZ

Neymar "Əl-Hilal"da məşqlərə başlayıb

Braziliyalı futbolçu Neymar “Əl-Hilal”ın heyətində məşqlərini bərpa edib

Ucnoqta.az "Goal"a istinadən xəbər verir ki, braziliyalı futbolçu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun heyətində məşqləri bərpa edib.

Komandanın baş məşqçisi Xorxe Xesus bildirib ki, futbolçu artıq idman zalında topla işləyə bilər, lakin onun yaxın aylarda matçlarda iştirak etməsi ehtimalı azdır. Mütəxəssis qeyd edib ki, futbolçunun vəziyyətini qiymətləndirmək üçün vaxt lazımdır.

Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın PSJ-dən "Əl-Hilal"a keçib.

Seçilən
18
2
ucnoqta.az

3Mənbələr