Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.
"Unikal" xəbər verir ki, sonuncu oyun günündə 1 görüş reallaşıb.
Turun bağlanış oyununda "Kayserispor"un qonağı olan "Beşiktaş" 3:0 hesabı ilə qalib gəlib.
İstanbul təmsilçisinin heyətində 56-cı dəqiqədə Gedson Fernandeş hesabı açıb. 78-ci və 90+1-ci dəqiqələrdə fərqlənən Çiro İmmobile yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Beşiktaş" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 3 xala malik "Kayserispor" isə 17-ci sırada yer alıb.