Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millimizin üzvləri ilə görüşüb.
"Football-plus.az" xəbər verir ki, görüşdə çıxış edən qurum rəhbəri gənc komandamızın mundialda iştirakının mühüm olduğunu vurğulayıb.
Ölkəmizdə minifutbolun sürətlə inkişaf etdiyini bildirən Orxan Məmmədov komandamızın potensialına inandığını və millinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Federasiya prezidenti futbolçuların ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Görüşdə çıxış edən U-23 millimizin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkürünü çatdırıb. O, komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib.
Qeyd edək ki, 23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta