Moskva, 1 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.
Azərbaycanın keçmiş səfiri Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva