“Millətin hərbçilərinin əsas vəzifəsi Vətən torpaqlarının bircə qarışını belə düşmənə təslim etməməkdir. Millətin polisinin əsas vəzifəsi küçələrdə cinayətkar qrupların at oynatmasının qarşısını almaqdır. Millətin müəlliminin əsas vəzifəsi məktəbi faydalı və bilgili vətəndaş yetişdirmə mühitinə çevirməkdir. Millətin aydının əsas vəzifəsi isə düşüncə həyatını şarlatanların, qaragüruhçuların, axmaqların yönləndirməsinə imkan tanımamaqdır”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, düşüncə həyatımızı qorumaq da Vətənin sərhədini qorumaq qədər müqəddəs bir işdir: “Düşüncə həyatımızın həyat mənbəyi olan taxıl zəmisinə gör bir nə qədər çəyirtkə sürüsü daraşıb. Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar. Bir fikir yazırsan, bu adamların axmaqlığını üzə çıxarırsan, bir binamusu xarici ölkədə yaşamağın avantajına arxayın şəkildə youtubeyə çıxıb ailəsinin həzz mənbəyi olan söyüşlə hücum edir, bir başıpozuq qadın tik-toka yekə sifətini oyurdub əxlaq dərsi keçir, başqa birisi də özünün axmaq obrazındakı "x" səsini xalq kimi tələffüz edib xalq adına şüvən qoparır.