"Hizbullah" lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürüləcəyinin anonsu 4 gün öncə verilib.
Livanlı şiə din adamı Məhəmməd Əli Əl-Hüseyni Nəsrullahın ölümündən 4 gün öncə - 24 sentyabrda "Əl Arabiyə" telekanalında ona müraciət edib.
“Vəsiyyətini yaz, Nəsrullah. Öldürüləcəksən. İran səni satdı”, - din xadimi belə deyib.
Məhəmməd Əli Əl-Hüseyni əvvəllər "Hizbullah"da Nəsrullaha yaxın şəxslərdən olub. Daha sonra münasibətləri pozulub və o, Səudiyyə Ərəbistanına köçüb. Səudiyyə hakimiyyətinə yaxın mövqeyi ilə seçilir./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta