AZ

"Qarabağ" "Malmö" ilə matç haqda məlumat yaydı - sabah keçiriləcək

Avropa Liqasının liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Football-plus.az" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də saat 13.30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 17.30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da olacaq.

Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18.30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19.00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20.45-də başlayacaq.

Seçilən
11
9
football-plus.az

10Mənbələr