AZ

Bayden Ukraynanın NATO-ya üzv olmasına kömək edə bilər

FT: Bayden səlahiyyət müddəti başa çatana qədər Ukraynanın NATO-ya daxil olmaq istəyini irəli sürə bilər.Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden səlahiyyət müddəti bitmədən Ukraynanın Şimali Atlantika alyansına qoşulmaq təklifini irəli sürə bilər. Bu barədə Financial Times (FT) həmsöhbətinə istinadən yazır.Nəşr 2025-ci ilin yanvarından əvvəl hansı dəyişikliklərin baş verə biləcəyi barədə təfərrüatları təqdim etmir.Qeyd olunur ki, oktyabrın 12-də Bayden Ukrayna üzrə təmas qrupuna daxil olan dövlət başçılarının Ramşteyn formatında görüşünü keçirəcək.Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Macarıstana işgüzar səfərə gedib, burada həmkarı Peter Siyarto ilə görüşəcək, səfər zamanı Kiyevin NATO və Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsini müzakirə edəcək.Tərəflər həmçinin Moskva və Kiyev arasında münaqişənin ədalətli sona çatmasının yeganə yolu kimi Vladimir Zelenskinin qondarma sülh formulasını müzakirə edəcəklər.Şayəstə Hüseynova

Seçilən
47
elchi.az

1Mənbələr