AZ

Özəl sektorda da maaş artımları olacaqmı?

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir.

Millət vəkili Vüqar Bayramov bu artımların özəl sektora təsiri barədə açıqlama verib.

V. Bayramov biuldirib ki, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarısa minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır.

Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əmək haqqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyyə olunandır.

 

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilib.

Müstəqillik illərində isə minimal əmək haqlarının səviyyəsi aşağıdakı kimi olub.

   
   

 

manat*

1991-ci il aprelin 1-dən        

13.0

1992-ci il yanvarın 1-dən                                             

32.0

1992-ci il iyulun 1-dən                                                       

70.0

1992-ci il dekabrın 1-dən                                                             

250.0

1993-cü il yanvarın 1-dən                                               

300.0

1993-cü il iyulun 1-dən                                                            

500.0

1993-cü il noyabrın 15-dən                                      

900.0

1994-cü il iyunun 1-dən                                                      

2000.0

1994-cü il oktyabrın 15-dən                                                                 

4000.0

1995-ci il fevralın 1-dən                                                            

1.1

2001-ci il yanvarın 1-dən                                                                 

5.5

2003-cü il sentyabrın 1-dən                                                             

9.0

2004-cü il yanvarın 1-dən                                                             

12.0

2004-cü il iyulun 1-dən                                                                  

20.0

2005-ci il yanvarın 1-dən                                                          

25.0

2005-ci il oktyabrın 1-dən                                                                 

30.0

2007-ci il yanvarın 1-dən                                                               

40.0

2007-ci il fevralın 1-dən                                                               

50.0

2008-ci il yanvarın 1-dən                                                              

60.0

2008-ci il sentyabrın 1-dən                                                          

75.0

2010-cu il sentyabrın 1-dən                                                          

85.0

2011-ci il dekabrın 1-dən                                 

93.5

2013-cü il sentyabrın 1-dən                          

105.0

2017-ci il yanvarın 1-dən

116.0

2018-ci il yanvarın 1-dən

130.0

2019-cu il martın 1-dən

180.0

2019-cu il sentyabrın 1-dən

250.0

2022-ci il yanvarın 1-dən

300.0

2023-cü il yanvarın 1-dən

345.0

 

Qeyd edək ki, 1995-ci ildən başlayaraq denominasiya (1AZN = 5000 AZM) nəzərə alınmışdır.

Seçilən
87
43
modern.az

10Mənbələr