AZ

Xarici startapa investisiya qoymaq üçün hesabdan xarici valyutada köçürmələrə icazə verilib

Azərbaycan Mərkəzi Bankı xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib.

Kommersant.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə 12 sentyabr 2024-cü il tarixdə qərar imzalayıb.

Qaydaya edilən dəyişikliyə əsasən, Azərbaycandan kənarda startapların nizamnamə kapitalında gələcək iştirak payının (səhmin) əldə edilməsi məqsədilə investisiyaların qoyulması (SAFE (simple agreement for future equity) müqavilələri) üzrə köçürmələr müvafiq investisiya obyekti ilə investor arasında bağlanmış müqavilə təqdim edilməklə və bir investor tərəfindən təqvim ili ərzində cəmi məbləği 100 000 ABŞ dollarından çox olmamaqla aparılmasına icazə verilib.

Seçilən
56
9
kommersant.az

9Mənbələr