AZ

Avtomobillərin könüllü sığortası üzrə 13 milyon manat ödəniş edilib

Azərbaycanda yanvar-avqust ayları üzrə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aqust aylarında bu növ sığorta üzrə yığımlar 39 milyon 315 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 717  min manat və ya 21% çoxdur.

2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 32 milyon 548 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 13 milyon 559 min  manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 426 min manat və ya 12% çoxdur.

Əvvəlki ilin eyni dövründə 12 milyon 134 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 34% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 37% təşkil edib.

Seçilən
60
2
fed.az

10Mənbələr