AZ

Şigeru İşiba Yaponiyanın baş naziri seçilib

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba parlamentdə ölkənin 102-ci baş naziri seçilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, deputatların əksəriyyəti ona səs verib.

Əsas aşağı palatada səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291-ni, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.

Daha sonra LDP və Komeito partiyasının hakim koalisiyasının çoxluq təşkil etdiyi parlamentin yuxarı palatasında da İşibanın namizədliyi üçün səsvermə keçirilir, lakin aşağı palatanın qərarı üstünlük təşkil edir.

Musavat.com

 

Seçilən
36
10
musavat.com

10Mənbələr