Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində KIA markalı avtomobildən 20 875 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə saxlanılıb.
Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Tarix: 1 Oktyabr 2024, 11:29