Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 21 min 424 müraciət daxil olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və məsələlər operativ şəkildə həll edilib.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 min 851 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5422 müraciət daxil olub.
BŞTİ-yə 3491 sənəd (vətəndaşlar tərəfindən 1273 ərizə, Elm və Təhsil Nazirliyindən 437, digər qurumlardan 196, tabelikdə olan təhsil müəssisələrindən 1222 məktub və 363 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 660 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.