AZ

Rusiyada koronavirusun XEC variantına ilk yoluxma qeydə alınıb

Rusiyada koronavirusun XEC variantına ilk yoluxma qeydə alınıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rospotrebnadzorun Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiyada koronavirusun XEC variantına yoluxma ilə bağlı yeddi hal müəyyən edilib.


“Qurum rəsmiləri COVID-19-un yeni variantı - XEC ilə bağlı vəziyyəti izləməyə davam edir, bütün dövr ərzində cəmi yeddi hal aşkarlanıb”, - deyə Rospotrebnadzordan bildirilib.

Qurumdan verilən açıqlamada o da qeyd olunub ki, Rusiyada koronavirus infeksiyasının dominant variantı JN.1 xətti olaraq qalır.

Seçilən
77
3
apa.az

4Mənbələr