AZ

NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

Bu barədə Yeniazerbaycan.com-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Mərkəzin məlumatına görə, problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Seçilən
44
16
yeniazerbaycan.com

10Mənbələr