AZ

Yaponiyada yeni baş nazir seçildi - YENİLƏNİB

Yaponiyada hakim Liberal-Demokratik Partiyasının sədri Siqeru İsiba ölkənin yeni Baş naziri seçilib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Yaponiya parlamentində keçirilən səsvermə zamanı deputatların əksəriyyəti İsibanın lehinə səs verib.

Bununla da, o, ölkəsinin sayca 102-ci baş naziri olub. 

67 yaşlı siyasətçi yaxın saatlarda hökuməti formalaşdıracaq.

Xatırladaq ki, o bu vəzifədə Fumio Kisidanı əvəz edib.

***

TASS-ın məlumatına görə, keçmiş müdafiə naziri Takesi İvaya Yaponiyanın XİN rəhbəri, Qen Nakatani isə müdafiə naziri təyin edilib. 

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

9Mənbələr