AZ

“Hizbullah”dan Nəsrullahı əvəz edəcək şəxslə bağlı AÇIQLAMA

Bu gün “Hizbullah” hərəkatı bəyanat yayaraq, öldürülən Həsən Nəsrullahın yerinə yeni baş katib Haşim Səfiuddinin təyin olunması ilə bağlı xəbərləri təkzib edib.

Ulusal.az  xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb.

“Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın yeni baş katibinin seçilməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. “Hizbullah” hərəkatı tərəfindən rəsmi açıqlama verilmədikcə, yayılan məlumatlar etibarlı sayılmır”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir sıra xəbər agentlikləri “Hizbullah”ın yeni lideri vəzifəsinə Haşim Səfiuddinin seçildiyinə dair paylaşımlar ediblər.

Seçilən
42
3
moderator.az

4Mənbələr