AZ

İnyesta karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta karyerasını bitirib.

QOL.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

İnyestanın son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub.

Dünyanın ən yaxşı yarımmüdafiəçilərinən sayılan İnyesta daha çox "Barselona"dakı çıxışları ilə tanınıb. Kataloniya klubunun yetirməsi olan futbolçu 17 il (2001-2018) əsas komandada oynayıb. Daha sonra isə o, 5 il Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib. Andres İspaniya millisində 131 oyunda 14 qol vurub.

Seçilən
9
3
teleqraf.com

4Mənbələr