AZ

Yaponiyanın yeni xarici işlər naziri seçildi

Takeşi İvaya Yaponiyanın yeni xarici işlər naziri təyin olunub.

Busaat.az TASS-a istinadən xəbər verir ki, baş nazir Siqeru İsiba tərəfindən formalaşdırılan yeni hökumət üzvlərinin siyahısını Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi açıqlayıb.

Bundan əlavə, Hen Nakatani ölkənin müdafiə naziri vəzifəsini tutub.

Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato maliyyə naziri, iqtisadiyyat, ticarət və sənaye naziri isə əvvəllər bu qurumda nazir müavini olmuş Yodji Muto təyin edilib.

Qeyd edək ki, bu gün Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Siqeru İsiba ölkənin 102-ci baş naziri seçilib.

Seçilən
20
4
busaat.az

4Mənbələr