AZ

"Hərbi cinayətlər azalıb" - Xanlar Vəliyev

"2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalmışdır".

Oxu24.com xəbər verir ki, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində deyib.

"Eyni zamanda, Özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %; Fərarilik cinayətləri 93,3%; Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; Hərbi xidmətdən yayınma cinayətləri 34%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%;

Xuliqanlıq cinayətləri 75%; Rüşvət alma (passiv rüşvətxorluq) və Rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalmışdır", - deyə o qeyd edib.

Seçilən
37
17
oxu24.com

10Mənbələr